EN

Tramp miqrantlar üçün həbsxanada 30 minlik yer hazırlayır

ABŞ Prezidenti Donald Tramp “Quantanamo” həbsxanasında cinayətkar qeyri-qanuni immiqrantlar üçün saxlanma mərkəzi yaradacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, Pentaqon və Daxili Təhlükəsizlik Departamentinə miqrantların yerləşdirilməsi üçün “Quantanamo”da 30 min nəfərlik müəssisənin hazırlanmasına başlamaq barədə sərəncam imzalayacağını bildirib.

Trampın sözlərinə görə, bu mərkəz ABŞ üçün ən təhlükəli hesab edilən qeyri-qanuni miqrantları saxlayacaq və oraya yerləşdirilmələri onların geri qayıtmayacaqlarını təmin edəcək.

Chosen
14
2
azpost.info

10Sources