EN

"Qiyamət saatı" yeniləndi: Təhlükə artır

Yazını böyüt
Yazını kiçilt

1945-ci ildə Albert Eynsteyn və C. Robert Oppenheymer kimi elm adamları tərəfindən qurulan ABŞ-da yerləşən “Bulletin of Atomic Scientists” jurnalının Elm və Təhlükəsizlik Şurası "Qiyamət saatını" gecə yarısına 89 saniyə qalmış, heç vaxt olmadığı qədər yaxınlaşdırıb. Bəşəriyyətin mümkün yox olmasını simvolizə edən “Qiyamət saatı” keçən il 90 saniyəyə sabitlənmişdi.

Hafta.az-ın “Euronews”a istinadən yazdığına görə, bu qərar Rusiyanın Ukraynaya müdaxiləsi zamanı nüvə təhlükələri, digər qlobal gərginliklər, süni intellektdən hərbi məqsədlər üçün istifadə edilməsi və iqlim dəyişikliyi kimi amillərə əsaslanıb.

İlk dəfə 1947-ci ildə İkinci Dünya Müharibəsindən sonra “Soyuq Müharibə” gərginliyinə qarşı ictimaiyyəti xəbərdar etmək üçün yaradılan “Qiyamət saatı” bu il 11 Nobel mükafatçısının daxil olduğu şura tərəfindən müəyyən edilib. Təşkilatın direktoru Daniel Holz deyib: "Nüvə riskləri, iqlim dəyişikliyi, biologiya elmlərindəki nailiyyətlərdən sui-istifadə və süni intellekt kimi yeni texnologiyalar bu ilki qərarı formalaşdıran amillərdəndir. Bu fundamental problemlərin həllində kifayət qədər irəliləyiş əldə olunmayıb. 2024-cü ildir və bir çox hallarda bu, mənfi təsirlərin artmasına səbəb olub”.

"Qiyamət saatı"nın 89 saniyəyə təyin edilməsinin dünya liderlərinə xəbərdarlıq olduğunu ifadə edən Holz, "Ukraynadakı müharibə əsas nüvə riskləri mənbəyi olaraq qalır. Bir anlıq yanlış qərar səbəbiylə bu münaqişə nüvə silahlarının aktivləşməsi ilə daha da böyüyə bilər" deyib.

"Biz ümid edirik ki, Qəzzada atəşkəs davam edəcək" deyən Holz, "Ancaq İranla gərginlik də daxil olmaqla, Yaxın Şərq təhlükəli dərəcədə qeyri-sabit olaraq qalır. Həmçinin, Tayvan və Şimali Koreya kimi potensial gərginlik nöqtələri var ki, bunlardan hər hansı biri nüvə güclərinin iştirakı ilə gözlənilməz və dağıdıcı nəticələr verəcək münaqişəyə çevrilə bilər" deyib.

Holz, “Süni intellektin döyüş meydanında ortaya çıxması narahatedici bir hadisədir. Xüsusilə də onun nüvə silahına tətbiqi ehtimalı böyük təhlükədir. Bundan əlavə, süni intellektlə idarə olunan dezinformasiya dünyanın informasiya ekosistemini daha da pozacaq. Külək və günəş enerjisində təsirli artım olsa da, biz hələ də iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaqda çətinlik çəkirik" deyə bildirib.

Chosen
3
6
hafta.az

7Sources