EN

Rusiyada saxlanılan azərbaycanlı milyarder sərbəst buraxıldı - 20 milyon müqabilində

Rusiyanın “Ximki” futbol klubunun (FK) əsas investoru azərbaycanlı milyarder Tufan Sadıqov 20 milyon rubl girov müqabilində sərbəst buraxılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, bu gün məlum olub ki, yanvarın 23-də məhkəmə Sadıqovu 20 milyon rubl müqabilində ev dustaqlığından azadlığa buraxılıb. Yanvarın 28-də isə məhkəmənin qərarı qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, polis hüquq-mühafizə orqanının əməkdaşına 50 milyon rubl rüşvət verməkdə şübhəli bilinərək saxlanılan “Fonbet” şirkətinin baş direktoru Sergey Anoxinin üzərində axtarış aparan zaman onda iki milyon ABŞ dolları aşkar edilərək götürülmüşdü. İstintaq məlumatına görə, Anoxin həin vaxt Tufan Sadıqova qarşı cinayət işinin xitam verilməsi üçün rüşvət almağa hazırlaşırmış.

Xatırladaq ki, Tufan Sadıqova qarşı 2024-cü ilin dekabrında xüsusilə böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi açılmış və barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilmişdi. 

“AzPolitika.info”

Chosen
3
25
azpolitika.info

10Sources