Aktual.az xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" telekanalı yayıb.
Bildirilib ki, proses məhbusların mübadiləsi prosesi çərçivəsində, yerli vaxtla saat 12:00-da baş tutacaq.
Eyni zamanda HAMAS və Fələstindəki digər silahlı qruplaşmalar beşi Tailand vətəndaşı olmaqla, 8 nəfəri azad edəcək.
Azadlığa buraxılacaq şəxslər haqqında məlumatlar da ictimailəşdirilib. Onların arasında 30 uşaq da var.