EN

Sağlam doğuşla bağlı həkimlərə bonuslar veriləcək - İsa Əliyev

"Ana, uşaq sağlamlığı bizim üçün əsasdır. Sağlam doğuşla bağlı həkimlərə bonuslar veriləcək"

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

O bildirib ki, hamilə qadınların normal şəkildə doğuşla sonlandırılması istiqamətindəişlər aparılır: “Tibbi müəssisələrə müraciət edən insanlar haqqında məlumatlar toplanılır. Gələcəkdə insanlar biləcək ki, hansı ailə həkiminə tabedir. Bəzi məntəqələr uyğun məsafədə yerləşməyib. Ailə həkimliyi ilə bağlı işlər rəqəmsal formada olacaq. Bu işdə bizə kənar dəstəklər lazımdır. Kadr məsələlərinin həllində Səhiyyə Nazirliyi ilə birgə işlər görülür”.

O həmçinin qeyd edib ki, xidmətlər zərfindəki 35 ilkin tibbi xidməti 150-yə çatdırmaq nəzərdə tutulur.

"Bərdə rayonundakı pilot layihədə bu, 83-ə çatdırılacaq" - İsa Əliyev qeyd edib.


Müəllif: Şəbnəm Zahir
Chosen
28
teleqraf.com

1Sources