MÉ™cburi köçkünlÉ™rlÉ™ iÅŸ sahÉ™sindÉ™ dövlÉ™t siyasÉ™tinin É™n mühüm istiqamÉ™tlÉ™rindÉ™n biri onların sosial müdafiÉ™sinin sÉ™mÉ™rÉ™li təşkilidir. “MÉ™cburi köçkünlÉ™rin vÉ™ onlara bÉ™rabÉ™r tutulan ÅŸÉ™xslÉ™rin sosial müdafiÉ™si haqqında” AzÉ™rbaycan Respublikasının qanununda keçmiÅŸ mÉ™cburi köçkünlÉ™r üçün bir sıra sosial müdafiÉ™ tÉ™dbirlÉ™ri nÉ™zÉ™rdÉ™ tutulur. Bunlardan biri dÉ™ sosial müdafiÉ™yÉ™ ehtiyacı olan mÉ™cburi köçkünlÉ™rin yararlandığı, dövlÉ™t büdcÉ™sinin vÉ™saiti hesabına ödÉ™nilÉ™n vahid aylıq müavinÉ™tdir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zərurliyi məsələləri də ətraflı izah edilir.
Bununla əlaqədar olaraq, növbəti tədbir Xocalı rayonunun Ballıca kəndinə köçürülən 32 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarx, mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.