"Anamın vəziyyəti yaxşı deyil. Ürəyi ona imkan vermir".Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı anasının səhhətindən danışarkən deyib. O, anasının reanimasiyada olduğunu vurğulayıb:"Həkimlər ona insult diaqnozu qoyub. Reanimasiyadadır. Ümidimiz Allahadır".Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirmişdi.