Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Beatris və daşınmaz əmlak maqnatı Edoardo Mapelli Mozzidən xoş xəbər gəlib. Kraliça Yelizavetanın nəvəsi və Şahzadə Endrünün böyük qızı Şahzadə Beatris ikinci dəfə ana olub.
Sherg.az xəbər verir ki, Bukingem sarayı kralın yeni nəvəsinin yanvarın 22-də dünyaya gəldiyini açıqlayıb. Açıqlamada cütlüyün bir qızı olduğu və ona "Athena Elizabeth Rose Mapelli Mozzi" adının qoyulduğu bildirilir.
36 yaşlı şahzadə Beatris körpəsinə ad qoyaraq nənəsi Kraliça Elizabeti şərəfləndirib.