EN

İsveçdə Quranı yandıran Salvan Momika öldürüldü


İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı 38 yaşlı Salvan Momika öldürülüb.
Yeniavaz.com
xəbər verir bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Məlumata görə, o, çərşənbə günü Stokholmun cənubundakı Syodertelye şəhərində güllə yaraları ilə tapılıb.
Cümə axşamı Stokholm Dairə Məhkəməsi “milli mənsubiyyət əsasında nifrətin qızışdırılması" ittihamı üzrə hökm çıxarmalı idi. Amma təqsirləndirilənlərdən birinin ölümü təsdiqləndiyi üçün hökmün elanı təxirə salınıb.
Polis hələlik baş verən hadisə və öldürülən şəxslə bağlı açıqlama verməyib.
SVT-nin məlumatına görə, işin istintaqına təhlükəsizlik xidməti cəlb olunub və artıq bir neçə nəfər saxlanılıb.
Hadisə yerinin ətrafı mühasirəyə alınıb, yaşayış binasının ətrafında axtarış aparılır.
Qeyd edək ki, Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və 2021-ci ildə üç illik yaşayış icazəsi alıb.
Chosen
26
10
yeniavaz.com

10Sources