EN

​Bakı QHT-ləri bütün qrantları udurlar - Deputat NARAZIDIR

“Regionlarda QHT-lərin, xüsusilə gənclər təşkilatlarının sayında azalmalar var”. 

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev Milli Məclisin Gənclər və idman komitəsinin “Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsində bildirib. 

“QHT-lərin böyük əksəriyyəti Bakı şəhərinə cəmləşib, ya da Bakıətrafı ərazidədir. Vaxtilə Gəncədə 50-yə yaxın gənclər təşkilatının adını çəkə bilirdiksə, bu gün bu rəqəm 3-4-ə düşüb. Bu, Gəncə kimi şəhərdə belədirsə, digər bölgələrdə vəziyyət necədir bilmirəm.

Regionlarda gənclər təşkilatlarına qrantların verilməsi ənənəsini bərpa etməliyik. Bakı QHT-ləri bütün qrantları udurlar, bütün proseslərdə ön cərgədədirlər. Region gəncləri isə zəifləyirlər.

Gənclərin ən böyük problemi həm də mənzil məsələsidir. Biz ipoteka ilə bağlı qanunda dəyişiklik etməliyik. Gənclər sektorunda çalışan gəncləri də güzəştli ipoteka ilə mənzil əldə edənlərin siyahısına əlavə etməliyik”, - deyə deputat qeyd edib.

Chosen
2
3
modern.az

4Sources