Mərakeşli cinah yarımmüdafiəçisi Hakim Ziyeç İstanbulun "Qalatasaray" klubundan ayrılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə vaxtından əvvəl xitam veriblər.
Bu mövsüm Ziyeç Türkiyə klubunun heyətində 11 oyun keçirib və cəmi 1 məhsuldar ötürmə edib.