EN

Avropa Mərkəzi Bankı faizlərini azaltdı

Avropa Mərkəzi Bankı (AMB, ECB) faizləri yenidən 0,25 faiz bəndi azaldıb.

Marja xəbər verir ki, depozit dərəcəsi 2,75%, marjinal kredit dərəcəsi 3,15%, baza faiz dərəcəsi isə 2,9% müəyyən edilib. Bu, beşinci faiz endirimidir.

Qərar bazar gözləntiləri ilə üst-üstə düşüb - Bloomberg sorğusunda iştirak edən bütün iqtisadçılar bu nəticəni proqnozlaşdırıblar.

Dekabrda Avrozonada inflyasiya noyabrda 2,2% təşkil edib. Reuters yazır ki, ECB daha bir neçə ay ərzində 2% inflyasiya hədəfinə çatmağı hədəfləyir.

Chosen
2
marja.az

1Sources