Fransanın cənub-şərqindəki Savoya bölgəsində Val-Cenisdə ikinci qar uçqunu nəticəsində dörd norveçli alpinistin, Yuxarı Savoya bölgəsində isə 30 yaşlı isveçrəli alpinistin həlak olduğu bildirilib.
News24.az xəbər verir ki, 3 norveçli alpinist hadisə yerində həyatını itirib, daha bir norveçli alpinist isə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Səlahiyyətlilər həyatını itirən alpinistlərin 7 nəfərdən ibarət qrupda olduğunu və üçünün sağ qaldığını bildirib.
Məryəm İlhamqızı