EN

Prezident İlham Əliyev bəzi qanunlarda dəyişiklik edilməsi ilə bağlı Qanun imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzalarınİcrası Məcəlləsində, Azərbaycan Respublikasının MiqrasiyaMəcəlləsində, Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilindəköçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğuyer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunununtətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “AzərbaycanRespublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəQanun imzalayıb.

Trend xəbər verir ki, Qanunaəsasən, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin166.8-ci maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri“müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində aşağıdakıdəyişikliklər edilsin:

2.1. 80.2-ci və 80.3-cü maddələrdə “qanunsuz miqrantlarınsaxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəzedilsin;

2.2. 14-cü fəslin adında “QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI”sözləri “MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ” sözləri ilə əvəz edilsin;

2.3. 82-ci maddə üzrə:

2.3.1. adında “qanunsuz miqrantların saxlanılması” sözləri“müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin;

2.3.2. 82.1-ci maddədə “qanunsuz miqrantların saxlanılması”sözləri “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə”sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 155.3-cümaddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqətiyerləşdirmə” sözləri ilə əvəz edilsin.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüşşəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cımaddəsinin beşinci hissəsində və 11-ci maddəsinin birincihissəsinin altıncı abzasında “qanunsuz miqrantların saxlanılması”sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQnömrəli Qanunu təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrəqeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqihaqqında Əsasnamə”nin 23-1-ci maddəsinin üçüncü hissəsində“qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqətiyerləşdirmə” sözləri ilə əvəz edilsin.

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genomqeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.8-cimaddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvafiqicra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəzedilsin.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlardavə Sərəncamda dəyişiklik edilməsi barədə bağlı Fərman imzalayıb.

Chosen
15
6
az.trend.az

9Sources