EN

Milli Məclisdə tibbi xidmətlərlə bağlı mühüm dinləmə VİDEO

Xidmətlər zərfində ilkin tibbi xidmətlərin sayı artırılacaq.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

Onun sözlərinə görə, hazırda xidmətlər zərfində olan 35 ilkin tibbi xidmət yaxın 5 ildə 150-yə çatdırılacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu sahənin xüsusilə bölgələrimizdə ciddi təkmilləşdirilməsinə  və islahatlara ehtiyacı var.

İctimai dinləmədə çıxış edən Səhiyyə naziri Teymur Musayev deyib ki, 3 min 315 tibb xidmət hazırda zərfə daxildir.

Eyni zamanda bildirilib ki, iyul ayından "Ailə həkimi" informasiya sisteminin tətbiqi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
15
48
xezerxeber.az

10Sources