EN

Tanış adam “Neftçi”nin qapısına vurduğu qola niyə sevinmədi? - ÖZÜNDƏN EŞİDƏK!

“Araz-Naxçıvan” – “Neftçi” qarşılaşması təkcə birincilərin qələbəsi ilə yadda qalmadı (2:1).

Bu oyunda diqqətləri çəkən məqam həm də Ramon Maçadonun 68-ci dəqiqədə fərqlənməsiydi.

Braziliyalı forvard həm keçmiş komandasının qapısına yol tapdı, həm də dekabrın 7-dən müşahidə olunan 4 turluq “qol orucu”nu pozdu.

Lakin komandasına qələbə qazandıran topun müəllifi olmasına baxmayaraq, bunu sakit qarşıladı.

Səbəbkar Sportinfo.az-a verdiyi açıqlamada məlum mövzuyla bağlı sualı cavablandırıb:

“Təbii ki, bu qol mənim üçün xüsusi idi. Fərqləndiyimə görə sevinirdim.

Sadəcə, qol sevincini özümə xas şəkildə, sakit qeyd etdim.

Ona görə ki, oyun ağır keçirdi, qarşıda təxminən yarım saat vaxt var idi. Daha çox oyuna köklənmişdim deyə, emosiyalarımı biruzə vermədim”.

33 yaşlı hücumçu cari mövsümdə Premyer Liqada 4 qolla yadda qalıb. Ramonun komanda yoldaşı Felipe Santos “Sabah”lı Coy-Lens Mikelslə birlikdə 8 qolla elitanın iki ən yaxşı bombardirindən biridir.

HƏBİB

Chosen
4
50
sportinfo.az

10Sources