EN

Toqquşma-filan olmayacaq..?

...2032-ci ildə planetimiz ötən ilin dekabrında kəşf edilmiş YR4 asteroidi ilə toqquşa bilər..?

İddialara görə, bu göy cisminin Yerlə toqquşma ehtimalı 6 faizə qədərdir.

SİA-nın məlumatına görə, Rusiya Elmlər Akademiyası hesab edir ki, 2032-ci ildə asteroidin Yerlə toqquşması ehtimalı çox şişirdilmişdir.

Lakin Rusiya Elmlər Akademiyasının Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi işçisi Leonid Elenin hesab edir ki, bu hesablamalar həddən artıq optimistdir.

Leonid Elenin iddia edir ki, asteroidin Yerə düşməsinin real ehtimalı xeyli aşağıdır.

…Heç bir mötəbər mənbədə altı faiz hesablama görməmişəm. Məlumatlarıma görə, yayılma 0,5-dən 1,2-1,3 faizə qədərdir. …Yəni, ehtimal o qədər də yüksək deyil.

…Lakin əhəmiyyətsiz görünən bu ehtimal belə peşəkar ictimaiyyətdə çox yüksəkdir.

…Biz adətən faizin mində birində ehtimallarla işləyirik. Burada biz faizlərin fraksiyaları ilə məşğul oluruq ki, bu da vəziyyəti qeyri-adi edir.

Bunu da rus alim vurğulayıb.

Asteroiddən gələn təhlükənin nə qədər ciddi olduğuna dair hələlik konsensus yoxdur. Mütəxəssis bunu göy cisminin hansı orbitlə hərəkət edəcəyinin hələlik bəlli olmaması ilə əlaqələndirir.

…Biz bu obyekti cəmi 33 gün müşahidə etdik və buna görə də müəyyən səhvimiz var. Onun orbitinin bütün elementlərini dəqiq müəyyən edə bilmərik. Bu obyekti nə qədər uzun müddət müşahidə etsək, onun orbitini və deməli, toqquşma ehtimalını bir o qədər dəqiq müəyyən edə bilərik.

Bunu da rusiyalı ekspert bildirib.

Nazlı Almuradova

Chosen
3
sia.az

1Sources