Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VIII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son günündə bir matç baş tutub.
“Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib. GİN-in Voleybol Mərkəzində baş tutacaq qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. "Dəmiryolçular" qələbə qazanaraq rəqiblə aradakı xal fərqini 2-yə endirib.
Yüksək Liqa (kişilər)
30 yanvar
16:00. “Azərreyl” - “Xilasedici” - 3:1 (25:21, 20:25, 25:23, 25:22)
GİN-in Voleybol Mərkəzi
1 Murov Az Terminal 8 8 0 24-0 600-421 24
2 Xilasedici 8 6 2 19-7 617-495 18
3 Azərreyl 8 7 3 18-10 657-546 16
4 Neftçi 8 4 3 12-15 573-581 11
5 MOİK 8 1 7 3-23 523-623 2
6 Gənclər 8 0 8 3-24 446-651 1
Qeyd edək ki, turun ilk günündə MOİK “Neftçi”yə 0:3 (14:25, 13:25, 14:25) hesabı ilə uduzub, “Murov Az Terminal” “Gənclər”i məğlub edib - 3:0 (25:16, 25:15, 25:17).
Rəşad Rafiqoğlu, Bizim.Media