EN

İnsult riskini 44 faiz azaldan vərdiş: 25 illik araşdırmanın nəticələri paylaşıldı

İnsult riskini 44 faiz azaldan vərdiş:

Cənubi Karolina Universiteti tərəfindən aparılan bir araşdırma, ən azı həftədə bir dəfə diş ipindən istifadənin ölümcül insult riskini azaldır. Mütəxəssislər, diş ipindən istifadə vərdişinin qulaqcıqların fibrilasiyası kimi nizamsız ürək döyüntüləri ilə bağlı insult riskini azaldığını ifadə ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, uzun illər davam edən araşdırmada 6 mindən çox adamın məlumatları araşdırılıb. Araşdırma nəticəsində 4 min iştirakçının bu müddət ərzində insult keçirmədiyi müəyyən edilib.

İştirakçılara yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterin, siqaret çəkmə, bədən kütlə indeksi, təhsil vəziyyəti, müntəzəm diş fırçalama vərdişləri və diş həkimi ziyarətləri ilə bağlı suallar verilib.

25 illik təqib zamanı 434 iştirakçının insult keçirdiyi məlum olub. Onlardan 147-si iri arteriya beyin laxtalanması, 97-si ürək laxtalanması və 95-i kiçik arteriyaların sərtləşməsi nəticəsində insult keçirib. 1291 iştirakçıda atrial fibrilasiya olduğu qeyd edildi.

Mütəxəssislər diş ipindən istifadənin işemik insult riskini 22 faiz, ürəkdən gələn laxtalanma nəticəsində yaranan kardioembolik insult riskini 44 faiz, qulaqcıqların fibrilasiyası riskini isə 12 faiz azaltdığını aşkar ediblər.

"Ağız sağlamlığı vərdişləri iltihab və aterosklerozla əlaqələndirilir. Diş ipi ağız boşluğunun infeksiyalarını və iltihabı azaltmaqla insult riskini azalda bilər", - professor Souvik Sen deyib.

Alimlər araşdırmanın nəticələrini Amerika İnsult Dərnəyinə də təqdim edəcəklərini açıqlayıblar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
6
e-saglam.az

1Sources