EN

Qəzzada atəşkəsdən sonra dağıntılar altından 354 cəsəd çıxarılıb

Bakı. Trend:

Axtarış-xilasetmə qrupları atəşkəs elan edildikdən sonra Qəzzazolağında dağılmış binalardan 354 cəsədi çıxarıb.

Trend-inməlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbəryayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, anklavda 14mindən çox insan itkin düşmüş hesab edilir. BMT-nin HumanitarMəsələlər üzrə Koordinasiya Ofisi isə bildirir ki, Qəzza zolağından50 milyon ton dağıntının çıxarılması və təmizlənmə işlərinin 20 iləqədər vaxt aparması mümkündür.

Qeyd edək ki, yanvarın 15-də Qətər hökumətinin başçısı və xariciişlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə vəVaşinqtonun vasitəçiliyi ilə İsrail və HƏMAS arasında razılıq əldəolunduğunu açıqlayıb. Bu razılaşmaya əsasən, Qəzzada girovlar azadedilib və atəşkəs elan edilib. Müqavilə yanvarın 19-da qüvvəyəminib.

Chosen
3
12
az.trend.az

10Sources