EN

Rusiya beynəlxalq tədbirə dəvət edilmədi

Fevralda Almaniyanın Münhen şəhərində keçiriləcək beynəlxalq təhlükəsizlik konfransına Rusiya nümayəndələri dəvət edilməyəcək.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Münhen Konfransının nümayəndəsi məlumat yayıb. 

"Rusiya hökumətinin nümayəndələri 2025-ci ildə keçiriləcək Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyəcək", - konfransın sözçüsü bildirib.

Münhen Təhlükəsizlik Konfransı fevralın 14-dən 16-dək keçiriləcək. Moskva 2022-ci ildən bəri orada iştirak etmir.


Telegram kanalımız
Chosen
17
yenisabah.az

1Sources