EN

Günəşin 1831-ci ildə mavi görünməsnin sirri açıldı

Yazını böyüt
Yazını kiçilt

1831-ci ilin yaz-yay aylarında baş verən böyük vulkan püskürməsi atmosferə çoxlu miqdarda kükürd dioksidin buraxılmasına səbəb olub. Bu, qlobal temperaturun aşağı düşməsi və bütün dünyada məhsul çatışmazlığı ilə nəticələnib. Ən təəccüblü nəticə Günəşin mavi, yaşıl və bənövşəyi rənglərə çevrilməsi olub.

Hafta.az-ın yazdığına görə, elm adamları uzun müddətdir ki, bu hadisəyə səbəb olan vulkanı araşdırırlar. St. Andrevs Universitetindən Uilyam Hatçisonun rəhbərlik etdiyi qrup qabaqcıl texnoloji üsullardan istifadə etməklə qütb buzlaqlarından vulkanik kül nümunələrini araşdırıb.

Tədqiqatçılar qütb buzlaqlarından əldə etdikləri kül nümunələrini daha əvvəl Rusiya və Yaponiya alimləri tərəfindən toplanmış Zavaritskii vulkanından kül nümunələri ilə müqayisə ediblər. Nəticələr qəti şəkildə göstərib ki, Zavaritski vulkanı 1831-ci il hadisəsinə görə məsuliyyət daşıyır.

Dr. Hatçison Zavaritski vulkanının külünün buz nüvəsindən çıxarılan küllə uyğunlaşdığı anı “əsl Evrika anı” kimi təsvir edib. O, bu kəşfin gələcəkdə böyük vulkan püskürmələrinə hazır olmağımıza kömək edəcəyini bildirib.

Chosen
11
6
hafta.az

10Sources