EN

Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb

Azərbaycanla BMT arasında imzalanması planlaşdırılan yeni Çərçivə Sənədi üçün təkliflər irəli sürülüb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

Onun sözlərinə görə, yeni Çərçivə Sənədində aşağıdakı əsas istiqamətlərin əks olunması təklif edilir:
- COP29 çərçivəsində elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi,
- İşğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi,
- Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci məqsədinin sənədə daxil edilməsi və mina təhlükəsizliyinin gücləndirilməsi,
- İqtisadi diversifikasiyanın təşviqi, ixracın artırılması və innovasiya təşəbbüslərinin genişləndirilməsi,
- Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi.

S. Bəşirli əlavə edib ki, İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə daha detallı təqdimat hazırlayıb.

Chosen
7
3
report.az

10Sources