Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziriSergey Lavrov telefon danışığı zamanı Rusiya-Amerika əlaqələrininbərpası üçün gələcək addımları müzakirə ediblər.
Trend xəbər verir ki, bubarədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Diplomatlar Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdənsonra növbəti addımları müzakirə edib və iki ölkə arasındaəlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığagəliblər.