EN

Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək

Bakı. Trend:

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu,Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki”restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri iləəlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemidəyişdiriləcək.

Trend xəbər verirki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.

17 nömrəli marşrut:
Fətəli xan Xoyski → Ağa Nemətulla → Təbriz
Təbriz → Ağa Nemətulla → Fətəli xan Xoyski

Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

24 nömrəli marşrut:
Ziya Bünyadov pr. → Əhməd Rəcəbli → Təbriz
Əhməd Rəcəbli → Ziya Bünyadov pr.

Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

Chosen
49
3
az.trend.az

10Sources