“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino İtaliya A Seriyasının 29-cu turunun “Yuventus”la ev oyununu (3:0) şərh edib.
Arena.az “Sky Sport” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz rəqiblərimizi bacardıqca yaxşı öyrənməyə çalışırıq. Bu oyuna hazırlıq üçün bizim çox az vaxtımız vardı, belə ki, Cümə axşamı günü axşam oyun keçirmişdik. Bizim, məşq üçün cəmi bircə günümüz vardı, çünki Cümə günü biz məşq etməmişdik. Bu, asan deyildi, amma biz rəqibi təhlil etdik və “Yuventus”a fəsadlar yarada bildik. Mənə komanda ruhumuz xoş gəldi.
Bu sehrli gecə idi. Biz, azarkeşlərimizə sevinc bəxş etdiyimiz üçün xoşbəxtik. İndi bizim tapşırığımız – müvafiq çıxışı yarış cədvəlinin bizdən aşağıda qərərlaşmış komandalarına qarşı göstərməkdir. Mənim, komandamdan tələb edəcəyim də məhz budur”, deyə Palladino vurğulayıb.
29 oyundan 48 xal toplamış “Fiorentina” İtaliya A Seriyasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 52 xalla 5-ci pillədədir.
A Seriyasına 64 xalla “İnter” başçılıq edir.