EN

Pakistanın hava məkanı üzərindən uçuşlar iki dəfə azalıb

Bakı. Trend:

İslamabadla Tehran arasında gərginliyin artması fonundaPakistanın hava məkanı üzərindən uçuşlar təqribən iki dəfəazalıb.

Trend xəbərverir ki, bu barədə xarici KİV-lər mülki aviasiya sahəsindəkivəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, cümə axşamı Pakistanın hava məkanında 450aviareys qeydə alınıb, hərçənd adətən bu göstərici 700-750 uçuşaçatır.

Qeyd olunub ki, aviaşirkətlər Pakistanın hava məkanı üzərindənuçuşlara görə Mülki Aviasiya İdarəsinə ödəniş edirlər və reyslərinazalması ölkənin gəlirlərinə mənfi təsir göstərir.

Xatırladaq ki, 16 yanvarda İran Pakistanda müəyyən mövqelərəraket zərbələri endirib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.Bunun ardınca Pakistan hökuməti İrandakı səfirini geri çağırıb vəİran səfirindən Pakistana səfər etməməsini istəyib. İki ölkəarasında bütün tədbirlərin keçirilməsi dayandırılıb.

Qeyd edək ki, 17 yanvarda Pakistan İrana müəyyən mövqelərə hücumedib. Nəticədə 10 nəfər həlak olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Chosen
92
1
az.trend.az

2Sources