Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yeri, vaxtı və formatı müzakirə edilir. “Cebhe.info” xəbər verir ki, bu barədə ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib.O xatırladıb ki, Baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub.“Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur”, -deyə Qriqoryan əlavə edib.Sülh sazişinin hazırlanmasına gəlincə, o bildirib ki, yanvarın əvvəlində göndərilən təkliflərə Bakıdan cavab gəlib. “Biz işi davam etdiririk və düşünürəm ki, bu məsələ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq”,-deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.Xəzər
“Cebhe.info”