RU

“Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil” – Eli Koen

“BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq təşkilata rəhbərlik etmək üçün lazımi keyfiyyətlərə malik deyil”.

KONKRET.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Koen BMT-nin Cenevrədəki ofisində mətbuat konfransı zamanı deyib.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Quterreş Fələstinin hərəkətlərini pisləmək üçün kifayət qədər iş görməyib. Üstəlik, beynəlxalq təşkilatın baş katibi öz mövqeyində İrana yaxınlığını ortaya qoyub.

“Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil”, – deyə Koen vurğulayıb.

İsrailli nazir hesab edir ki, Quterreş Qəzza zolağının HƏMAS-dan azad edilməsi üçün aydın və yüksək səslə çağırış etməlidir.

“Hamı HƏMAS-ın İŞİD-dən daha pis olduğunu deyir. Bəs niyə Quterreş bunu demir?” – Koen qeyd edib.

Burhan,

KONKRET.az

Избранный
230
6
konkret.az

6Источники