RU

Futzal üzrə liqaların püşkü atıldı

Dünən AFFA-nın inzibati binasında futzal üzrə yüksək və 1-ci liqaların 2024-25-ci il mövsümünün püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə komandalara reqlament barədə məlumat verilib.

Yüksək-liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdı. Qalan 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Komandalar 4 dövrə mübarizə aparacaq. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv çempion olacaq və ölkəmizi Çempionlar Liqasının 2025-26-cı illər mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.

1-ci liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda 1-ci liqanın qalibi olacaq. Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.

Qeyd edək ki, “Yay Transfer pəncərəsi” oktyabrın 21-i, saat 23.59-da bağlanacaq.

Yüksək-liqa, 1-ci tur
22 oktyabr. Olimpik Star

"Baku Fire" – "Araz-Naxçıvan"
"Şuşa" – "Neftçi İK"
U-19 – "Yasamal Bakı"

1-ci liqa, 1-ci tur
20 oktyabr. Olimpik Star


"STAR kargo" – "Xan-Lənkəran"
"Delta" – "Djevo Dəyirman"
"Baku Fire-2" – "Çarşı Bakı"
"Yeni Suraxanı" – "Ulduz"
"Dəstə Ordubad" – "Timsport"
PFL - "Metropoliten"

Избранный
78
14
football-plus.az

10Источники