RU

"İsrail və Həmas hələ ki, bir razılığa gəlməyə yaxın görünmür" - MÜNASİBƏT BİLDİRİLDİ

"İsrail-Fələstin müharibəsi yeni geosiyasi reallıqlar kontekstində baş verir və kənar faktorlar və bu münaqişə üzərindən proksi müharibə aparan ölkələr regionda mövcud olduqca bunun miqyası təəssüf ki, böyüyür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, İsrail və Həmas hələ ki, bir razılığa gəlməyə yaxın görünmür: "Həm də burada nəzərə almaq lazımdır ki, indi Qərb və Rusiya və İran arasında vəziyyət gərgin olduqca bu özlüyündə İsrail-Fələstin müharibəsinə də təsirsiz ötüşmür. Çünki Qərb İsraili dəstəklədiyi halda Rusiya və İran buna qarşı çıxır. Eyni zamanda ola bilsin ki, Qərbin diqqətini Ukraynadakı müharibəyə dəstəkdən yayındırmaq üçün maraqlı tərəflər İsrail-Fələstin müharibəsinin bitməsində maraqlı görünmür. İsrail terrorçuları məhv etməkdə qərarlı göründüyündən yəqin ki, bu müharibə hələ bir müddət davam edəcək. Təəssüf ki, BMT və digər beynəlxalq münasibətlər sistemində yaranan çatlar dünyada sürən qanlı toqquşmaları sonlandıra bilmir".

Ləman Sərraf

Избранный
524
47
sia.az

10Источники