RU

Azərbaycan öz maraqlarını üstün tutdu və bunu etməyə davam edir- ÖZƏL

"Bu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Layihəsi təşkil olunduğu ilk günlərdə məqsəd və fəaliyyət istiqamətləri olaraq  Mərkəzi  Asiya, Cənubi Qafqaz, Şərqi Avropa və bu kimi regionlarda fəaliyyət göstərməklə bu ərazilərdə yerləşən dövlətlərdəki korrupsiya və özbaşınalığa qarşı mübarizəni əsas məqsəd kimi qarşısına qoymuşdur. Təbii ki, elan olunan ideya və məqsəd olaraq bu çox mötəbər, dəstəklənməsi vacib bir addımdır".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Ölkələrdə yaşanan bütün korrupsiya fəaliyyətlərinin ifşa edilməsi və buna son qoyulması hər kəsin istədiyi və arzu etdiyi bir məsələdir. Digər beynəlxalq təşkilatlar kimi bu beynəlxalq layihənin də fəaliyyətində də zaman-zaman qüsurlar ortaya çıxır. Bir ölkədəki haqsızlıqlar görməzdən gəlinir. Digər ölkədə isə bunlar hədəf kimi göstərilir.  Azərbaycanın yaşadığı da bu gün bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir. İddia edə bilmərik ki, Azərbaycanda korrupsiya 0 vəziyyətindədir. Əlbəttə, problemlər var. Zaman-zaman Dövlət Təhlükəsizlik  Xidmət, digər təhlükəsizlik qurumları tərəfindən bəzi dövlət məmurlarının korrupsiya ilə məşğul olarkən saxlanılması onu deməyə əsas verir ki, bu kimi problemlər var. Bəs bu problemlər Azərbaycanı hədəfə çıxaracaq qədər qabarıqdırmı? Bu nöqtədə digər ölkələrdə yaşanan korrupsiya hallarının qabardılmadığını görürük. Avropa Parlamentinin özündə belə çox ciddi korrupsiya halları yaşanır ki, buna qarşı beynəlxalq təşkilatların Avropa Parlamentini hədəf seçmiş formada çıxışlarını görə bilməmişik. Azərbaycanın sırf bu mövzu ilə hədəf taxtasına gətirilməsi geosiyasi reallıqların təzahürüdür. Çünki son zamanlar Azərbaycan beynəlxalq təşkilatlarından  istifadə edərək öz maraqlarını yeritməyə çalışan dövlətlərin cızdığı yola əməl etmədi, öz maraqlarını üstün tutdu və bunu etməyə davam edir. Qarabağın 30 ildən sonra işğaldan azad edilməsi bunun bir nümunəsidir. Azərbaycanın xarici siyasətində tərəfsizliyini  qoruması kimi həyati əhəmiyyətli məsələlər var ki, məhz bunlar bir çox antiazərbaycan dairələrdə Azərbaycana qarşı ciddi qərəz yaradıb. Azərbaycanın "dünyanın ən pis ölkəsi" kimi göstərilməsi məkrli planların göstəricisidir. Yekun olaraq demək lazımdır ki, Azərbaycan tərəfi korrupsiya və digər neqativ hallar üzərində öz nəzarət mexanizmlərini daha da kəskinləşdirməli və bu problemlərin həllinə daha çox diqqət yetirməlidir. Ancaq bu problemlər var deyə öz xarici siyasətində geri addım atmamalıdır. Dövlət maraqları hər iki halda ön planda tutulmalıdır. Bu dəlalət vermir ki, Azərbaycan müəyyən problemlərə görə hansısa xarici qüvvələrin hədəf nöqtəsi seçilsin və buna boyun əyib öz maraqlarından imtina etsin".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
90
14
olaylar.az

10Источники