RU

“Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 16 ümumi təhsil müəssisəsində “Media savadlılığı” mövzusunda təlimlər keçilib

Medianın İnkişafı Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 16 ümumi təhsil müəssisəsində 1000-ə yaxın şagird üçün “Media savadlılığı” mövzusunda təlimlər təşkil edilib.

Təlimlər zamanı Medianın İnkişafı Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Nuridə Dilanova bildirib ki, informasiya axınının sürətlənməsi və müxtəlif mənbələrdən yayılan məlumatların çoxluğu istifadəçilərin yanlış məlumatlarla qarşılaşma riskini artırdığından, xüsusilə, uşaq və yeniyetmələrin media savadlılığının yüksəldilməsi müstəsna əhəmiyyət daşıyır.

Ümumi təhsil müəssisələrində icra olunan proqram çərçivəsində Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin əməkdaşları Əkbər Mikayılov və Aynur Zeynallı tərəfindən şagirdlərə müxtəlif təqdimatlar vasitəsilə media savadlılığının mahiyyəti, informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və xəbərin tənqidi qiymətləndirilməsindən bəhs olunub, faktı və vizual materialları yoxlayan proqramlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlərin məqsədi şagirdlərin media savadlılığının artırılması, doğru informasiya əldə etmə bacarıqlarının inkişaf etdirilməsi və müasir media mühitində sorğulayıcı düşünmə qabiliyyətlərinin gücləndirilməsidir.

1/15
Избранный
95
2
media.gov.az

3Источники