RU

Netanyahuya xərçəng diaqnozu qoyuldu - Onu bu şəxs əvəzləyəcək

İsrailin baş naziri Benyamin Netanyahu sidik yolu infeksiyası səbəbilə əməliyyat olunacaq.

Publika.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən Netanyahu bu gün prostat vəzindən əməliyyat olunacaq.

Həkim tərəfindən müayinə olunduğu bildirilən Netanyahuya prostat xərçəngi diaqnozu qoyulub.

Netanyahunun vəkili Amit Hadadın sözlərinə görə, baş nazir əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacaq.

Hadad Tel-Əviv Rayon Məhkəməsindən Netanyahu ilə bağlı korrupsiya işində bu həftə alınması planlaşdırılan ifadəsinin ləğvini istəyib.

Избранный
116
13
publika.az

10Источники