RU

Rusiya vətəndaşları Azərbaycanda 90 gündən çox qala bilməyəcəklər

Bundan sonra Rusiya vətəndaşları Azərbaycanda 90 gündən artıq qala bilməyəcəklər.

Bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Buna qədər Azərbaycana gələn Rusiya vətəndaşları burada bir il ərzində 180 gün qala bilərdilər.

Daha əvvəl Rusiya da belə bir dəyişiklik edib.

Artıq Risiyadakı xarici vətəndaşlar bu ölkədə bir il ərzində cəmi 90 gün qala biləcəklər.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın yeni sərtləşmiş qaydaları Azərbaycan vətəndaşlarına da təsir edir və Azərbaycan da buna cavab verir.

Azərbaycanın hökumətyönlü mediası bildirir ki, rəsmi Bakının bu qərarı təyyarə qəzası ilə bağlı deyil.

Videoya YouTube kanalımızda baxın.

Избранный
99
bbc.com

1Источники