Həyatda olan ən yaşlı olimpiya çempionu Aqneş Keleti dünən 103 yaşında dünyasını dəyişib.
''Football-plus.az'' xəbər verir ki, Aqneş idman gimnastikası üzrə beşqat olimpiya çempionu idi. O, bu qızıl medallardan birini 1952-ci ildə Heksinki, 4-nü 1956-cı ildə Melburn olimpiadasında qazanmışdı. Eyni zamanda onun aktivində 3 gümüş, 2 bürünc medallar və 3 dünya çempionluğu var idi.
Əfsanəvi macarıstanlı idmançı İkinci Dünya Müharibəsi zamanı ölümlə üz-üzə qalmışdı. Çünki o, yəhudi əsilli idi. Bu səbəbdən o, yığma komandanın heyətindən kənarlaşdırılmışdı. Həmin illərdə Aqneş adını dəyişdirməli olmuş və həyatda qalmaq üçün xadimə kimi işləmişdi.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта