İrəvanda müharibədə həlak olanların dəfn olunduğu Yerablur hərbi panteonundakı məzarlardan güllər oğurlanıb.
Bu faktı əsasında Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 254-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) ilə cinayət işi açıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan “Ermənistan xəbərləri”-nin müxbiri ilə söhbətində bildirib.
Gülləri kimin və nə məqsədlə oğurladığı araşdırılır.