RU

Bir fincanı sizi depressiyadan çıxaracaq- HƏKİM

Yuxu pozğunluqlarını müalicə etmək və əsəbləri sakitləşdirmək üçün dərman qəbul etməyə ehtiyac yoxdur. 

“Cebheinfo.az” xəbər verir ki, “Ferra.ru”- həkimlərə istinadən belə yazıb.

Bir sağlam içki bu problemləin öhdəsindən gəlməyə kömək edə bilər.

“Söhbət çobanyastığı çayından gedir”, -deyə dietoloq Nişa Melvani bildirib.

Həkim izah edib ki, bu çay tərkibindəki apigenin hesabına rahatlamağa kömək edir. O, yuxu pozğunluğu olan insanlarda depressiyanın öhdəsindən gəlməyə və narahatlığı azaltmağa kömək edir. O, həmçinin qadınlara menstruasiya, postmenopoz zamanı sinirlərin öhdəsindən gəlməyə kömək edir və yuxusuzluqdan əziyyət çəkənlər üçün də faydalıdır.

Həkim deyir ki, müntəzəm olaraq çobanyastığı çayı içən insanlar adətən daha yaxşı yatır və gecələr daha az oyanırlar.

Избранный
37
cebheinfo.az

1Источники