Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə uğurlu çıxışı ilə diqqət çəkən “Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, dekabrın 22-də “Qarabağ”a qarşı keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər. 2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarən məşqlərə qatılacaqlar.
Xatırladaq ki, “Araz-Naxçıvan” toplanış çərçivəsində 2 yoxlama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”la, ayın 11-də isə “Səbail”lə üz-üzə gələcəklər.