Dekabrın 22-də “Qarabağ”la keçirilmiş matçdan sonra istirahətə yollanan “Araz-Naxçıvan” iki həftəlik fasilədən sonra bu gün məşqlərini bərpa edib.
Fanat.Az xəbər verir ki, Elmar Baxşıyevin komandası Buzovna qəsəbə stadionunda bir araya gəlib.
2025-ci ilin ilk məşqində yalnız yerli futbolçular iştirak edib. Legionerlər sabahdan etibarən məşqlərə qatılacaqlar.
Qeyd edək ki, "Araz-Naxçıvan" 2025-ci ildə ilk rəsmi matçını yanvarın 18-də səfərdə "Zirə"yə qarşı keçirəcək.