RU

Messinin şirkəti birjada yer alıb: Bazar dəyəri 223 milyon avrodur

Argentinalı ulduz futbolçu Lionel Messinin təsis etdiyi daşınmaz əmlak müştərək investisiya şirkəti 57,4 avroluq səhm qiyməti ilə İspaniya birjasına daxil olub. Şirkətin bazar dəyəri 223 milyon avro (232,12 milyon dollar) olaraq müəyyən edilib.

Marja.az xarici mətbuata istinadən xəbər verir ki, Messi "Edificio Rostower Socimi" şirkətinin Müşahidə şurasının sədridir.

"Edificio Rostower"in portfelinə İspaniya və Andorrada yeddi otel, İspaniyada üç ofis sahəsi və beş mənzil daxildir. Onun London və Parisdə də mülkləri var. 2013-cü ildə qurulan şirkət 2023-cü ildə 1,7 milyon avro zərər etdiyini açıqlayıb. Şirkətin listinq prosesi ilə bağlı sorğulara hələ cavab verilməyib. Şirkətin sərmayələrinin əksəriyyəti Messinin 2000-ci ildə 13 yaşında "FC Barcelona"ya qoşulmaq üçün köçdüyü Kataloniya bölgəsinə aiddir.

"FC Barcelona" ​​klubun borcları və La Liqanın maliyyə feyr-pley qaydalarına görə Messini komandada saxlaya bilməyəcəyini açıqlamışdı. Bundan sonra Messi "Paris Saint-Germain"ə (PSJ) transfer edilib. Messi futboldan ayrıldıqdan sonra həyat yoldaşı Antonela Roccuzzo və üç uşağı ilə birlikdə Barselonaya qayıtmağı planlaşdırdığını dəfələrlə bəyan edib. Messi hazırda Amerikanın "İnter Mayami" komandasında çıxış edir.

Messinin həyat yoldaşı Antonela Roccuzzo "Edificio Rostower"in müşahidə şurasında sədr müavini vəzifəsini icra edir. Digər üzv İspaniyanın "Naturgy"enerji şirkətinin idarə heyətinin üzvü Ramon Adelldir.

Daşınmaz müştərək əmlak investisiya şirkətinin məqsədi yüksək gəlirlilik potensialına malik daşınmaz əmlak layihələrinə investisiya yatırmaq və portfelindəki daşınmaz əmlakların alqı-satqısından və icarəsindən gəlir əldə etməkdir. 

messi Edificio Rostower Socimi
Избранный
29
marja.az

1Источники