RU

Şimali Koreya bu ilin ilk ballistik raket sınağını keçirib

Şimali Koreya bu il ilk ballistik raket sınağını keçirib. Bildirilib ki, raket Yapon dənizinə doğru atılıb.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada deyilir.

Cənubi Koreya mediası orta mənzilli olduğu bildirilən raketin ən azı 1100 kilometr məsafə qət etdiyini iddia edib. Yaponiya Müdafiə Nazirliyi raketin dənizə düşdüyünü açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə 2024-cü il noyabrın 5-də ballistik raketi sınaqdan keçirib. Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərində bildirilib ki, ölkə lideri Kim Çen Inın iştirakı ilə həyata keçirilən sınaq zamanı “4,5-lik raket daşıya bilən” taktiki ballistik raketin sınaq atışları həyata keçirilib. ton sinifli super böyük döyüş başlığı” və hazırlanmış strateji qanadlı raket uğurla həyata keçirilib.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
78
editor.az

1Источники