RU

Cənubi Koreya polisinə prezidenti həbs etmək səlahiyyəti verildi


Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cənubi Koreya Prezidenti Yun Sok Yola qarşı qiyam işi ilə əlaqədar həbs qərarının icrasını polisə həvalə etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
“Bu gecə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi şübhəli Yun SokYol barəsində həbs qərarının icrasını Milli İstintaq İdarəsinə təhvil verib”, - idarədən bildirilib.
Dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tələbi ilə prezidentin həbsinə order verib.
Orderin müddəti yanvarın 6-da başa çatır.
Digər tərəfdən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cənubi Koreya Prezidentinə qarşı həbs qərarının uzadılması üçün yanvarın 6-da məhkəməyə müraciət etmək niyyətindədir.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Biz bu gün həbs qərarının uzadılması üçün məhkəməyə müraciət etməyi düşünürük. Biz Milli İstintaq İdartəsinin mövqeyini dinləməyi və ərizə təqdim etməyi planlaşdırırıq", - deyə agentlik yüksək səviyyəli departament rəsmisi Li Çje Sından sitat gətirib.
Избранный
20
yeniavaz.com

1Источники