Vaydel Maskla birgə yayımlanacaq söhbətin 9 yanvarda baş tutacağını öncədən elan edib.
"Mask AdG lideri Alis Vaydel ilə canlı yayım keçirəcək. Bu, Almaniya siyasi sisteminə ciddi bir zərbədir," - deyə Puşkov öz "Telegram" kanalında yazıb.
Puşkov əlavə edib ki, İlon Mask açıq şəkildə Almaniya və Böyük Britaniyada sağçı siyasi hərəkatları dəstəkləyir.
Bir qədər əvvəl Mask "Welt" qəzetində dərc olunan məqaləsində AdG-ni Almaniyanı "öz keçmiş kölgəsinə" çevrilməsinin qarşısını ala biləcək yeganə siyasi güc adlandırıb.
Xatırladaq ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts Maskı "trol" adlandırmışdı. Bu, Maskın Şoltsa "axmaq" deməsi ilə bağlı idi. Şolts bildirib ki, Maskın dəstəyini qazanmaq üçün xüsusi bir səy göstərmək niyyətində deyil.