RU

“Qüdsün işğal altında olmaması üçün bu gün hər kəs duasını və səylərini əsirgəmir”, H.Fidan

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Fələstində sülh və ədalət bərqərar edilmədikcə, Qəzzada bütün dünyanın gözü qarşısında davam edən soyqırım dayandırılmadıqca rahat yuxu və istirahətin mümkün olmadığını söylədi. O, Ədalət və İnkişaf Partiyasının Niğde şəhərində təşkil etdiyi tədbirdə çıxış edib.

Uzun illər ərzində böyük səylə işləyib hazırladıqları bir strategiya ilə Suriyanı sülh və sabitlik mühitinə çevirmək üçün əllərindən gələni etdiklərini bildirən H.Fidan dedi: “Qonşuluq və dostluq hüququnun tələblərini yerinə yetirdik. Suriyada haqqın və məzlumun yanında olmaq bizim üçün böyük bir şərəfdir. Ümid edirəm ki, suriyalı bacı və qardaşlarımızı çox gözəl günlər gözləyir. Biz təkcə Suriyanın yeni rəhbərliyinə dəstək verməklə kifayətlənmirik, eyni zamanda beynəlxalq ictimaiyyəti də Suriyaya dəstək verməyə çağırırıq.”

Həm bölgədə həm də qonşu ölkələrdə sülh və sabitlik istədiklərini vurğulayan nazir Fələstində sülh və ədalət bərqərar edilmədikcə, Qəzzada bütün dünyanın gözü qarşısında davam edən soyqırım dayandırılmadıqca rahat yuxu və istirahətin mümkün olmadığını qeyd edib.

Türk millətinin Fələstin məsələsinə hər zaman böyük önəm verdiyini vurğulayan Hakan Fidan bunları deyib: “Qüdsün işğal altında olmaması üçün bu gün hər kəs duasını və səylərini əsirgəmir. Bu həqiqət ortada olduğu müddətcə dövlət, millət və hərəkat olaraq Fələstin və Qüds məsələsindən geri çəkilməyimiz mümkün deyil. Bunun üçün bütün imkanlarımızı Allahın izni ilə səfərbər etməyə davam edəcəyik. Bunu ən məharətli, ən strateji və ən yaxşı şəkildə necə etmək lazımdırsa o şəkildə davam edəcəyik.”



Избранный
56
trt.net.tr

1Источники