RU

Təbii antibiotik - Bədəni xəstəliklərdən qoruyur

Havalar soyuduqca qrip, soyuqdəymə və bronxit xəstəliklərində ciddi artım müşahidə olunub. Qidalanma sahəsindəki açıqlamaları ilə adından söz etdirən Canan Karatay sirkənin immuniteti gücləndirən təsirinə toxunub. Mütəxəssis “Sirkə təbii antibiotikdir” deyərək, “Orqanizmi xəstəliklərdən qorumaq üçün səhər-axşam sirkə içməyi” tövsiyə edib.

News24.az xəbər verir ki, xüsusilə alma sirkəsinin immunitet sistemini gücləndirməyə kömək edən antioksidanlar ehtiva etdiyi düşünülür.

Müxtəlif araşdırmalar sirkənin bakterial infeksiyaların qarşısını almaq və bədəndəki iltihabı azaltmaq qabiliyyətinə malik olduğunu ortaya qoyub. 2017-ci ildə aparılan bir araşdırma sirkənin bəzi bakteriyalara öldürücü təsir göstərdiyini sübut edib.

Bir çox elmi araşdırma sirkənin qan şəkərini tənzimləmə potensialını dəstəkləyir. 2004-cü ildə edilən bir araşdırma, alma suyu sirkəsinin yeməkdən sonra qan şəkərinin yüksəlməsinin qarşısını ala biləcəyini göstərib. Araşdırmalara görə, sirkə karbohidratların həzmini yavaşlatmaqla yeməkdən sonra qanda şəkər sıçrayışlarını azaldır.

2009-cu ildə edilən bir araşdırma sirkə istehlakı ilə bədən çəkisi və bel ətrafının azalması arasında əhəmiyyətli bir əlaqə aşkar edib. Sirkənin iştahı boğaraq, toxluq hissini təmin edərək ümumi kalori qəbulunu məhdudlaşdırdığı bildirilib. Başqa bir araşdırmada sirkənin yağ oksidləşməsini artıraraq maddələr mübadiləsini sürətləndirdiyi müəyyən edilib.

2012-ci ildə edilən bir araşdırma sirkənin pis xolesterinin (LDL) səviyyəsini aşağı salarkən yaxşı xolesterol (HDL) səviyyələrini artıra biləcəyini göstərdi. Bundan əlavə, sirkənin qan təzyiqini aşağı salma potensialına malik olduğu və bununla da ürək-damar xəstəlikləri riskini azalda biləcəyi ifadə edib.

Günel Məlikzadə


Избранный
46
news24.az

1Источники