"Zirə" klubu Abbas İbrahimlə vidalaşıb.Reyting.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Nigeriyalı yarımmüdafiəçi ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.Qeyd edək ki, 2023-cü ilin fevralında "qartallar"a keçən A.İbrahimin sözləşməsinin müddəti yayda başa çatmalı idi.