Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və odlu silah-sursat saxlayan Ş.İsayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, ondan narkotik vasitə marixuana aşkar olunub.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvanandan qanunsuz olaraq əldə edərək saxladığı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
![Samux](https://apa.az/storage/news/2025/january/06/big/677b8753b2ded677b8753b2dee1736148819677b8753b2deb677b8753b2dec.jpeg)