RU

Ötən il Azərbaycanda sığorta növləri üzrə yığım və ödənişlər necə dəyişib? - STATİSTİKA

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda bir sıra sığortanövlərinin yığım və ödənişlərində artım qeydə alınıb.

Bu barədə Trend Mərkəzi Bankın statistik göstəriciləri əsasındahesablamalar aparıb.

Apardığımız hesablamalara görə, ötən ilin yanvar-noyabraylarında Azərbaycanda icbari sığortalar üzrə 309,6 milyon manatsığorta haqqı toplanıb. Məlumata görə, bu, 2023-cü ilin eyni dövrüilə müqayisədə 4,7% və ya 13,9 milyon manat çoxdur.

Sözügedən dövr ərzində ölkədə icbari sığortalar üzrə ödənişlərindəyəri isə 125,9 milyon manat təşkil edib ki, bu da bir il əvvələnisbətən 27,1% və ya 26,8 milyon manat çox deməkdir.

Həmçinin, ötən ilin ilk 11 ayında Azərbaycanda kredit sığortasıüzrə yğımlar isə 4,8 milyon manata bərabər olub. Bu isə bir iləvvəlki göstəricilərlə müqayisədə 41,1% və ya 1,4 milyon manatçoxdur. Eyni zamanda dövr ərzində ölkədə kredit sığortası üzrəödənişlərin həcmi 69,4 min manat olub ki, bu da 2023-cü ilinyanvar-noyabr ayları ilə müqayisədə 22 dəfədən çox artımdeməkdir.

Qarışıq maliyyə riskləri üzrə yığımlara gəldikdə, ötən ilinyanvar-noyabr ayları ərzində Azərbaycanda bu sığorta növü üzrəyığımlar 480,9 min manat təşkil edib ki, bu, bir il əvvəlkigöstəricilərdən 7,9% və 35,4 min manat çoxdur.

Yığım və ödənişlərində artım tempi qeydə alınan sığortanövlərindən biri də həyat sığortasıdır. Belə ki, 2024-cü ilinyanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası üzrə 446,5milyon manat sığorta haqqı toplanıb, 587,5 milyon manat isə sığortaödənişi edilib. Bir il əvvəlki göstəricilərlə müqayisə etsək, busığorta növü üzrə yığımlar 10,5% və ya 52,2 milyon manat azalıb,ödənişlər isə 315,9 milyon manat və ya 2 dəfədən çox artıb.

Dövr ərzində qeyri-həyat sığortası üzrə yığımlar 121,6 milyonmanat, ödənişlər isə 325 milyon manat olub. Bu isə 2023-cü ilinyanvar-noyabr aylarına nisbətən müvafiq olaraq 192,3 milyon manat(61,3%) az və 198,3 milyon manat (2,5 dəfə) çoxdur.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 32,8 miloyon manatdəyərində əmlak sığortası üzrə yığım həyata keçirilib. Bu göstərici2023-cü ilin eyni dövrü ilə müqayisədə 82,8% və ya 158,4 milyonmanat azdır. Qeyd olunan dövr ərzində bu sığorta üzrə ödənişlərinhəcmi isə 201,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin ilk11 ayına nisbətən 5,5% və ya 10,5 milyon manat çoxdur.

Həmçinin, 2024-cü ilin yanvar-noyabrında Azərbaycanda mülkiməsuliyyətin sığortası üzrə 19,3 milyon manat sığorta haqqıtoplanıb, 127,6 min manat isə sığorta ödənişi edilib. Bu isə2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 milyonmanat (və ya 15,1%) və 12,6 min manat (və ya 9%) azdır.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycandasığorta növləri üzrə ümumilikdə 1,2 milyard manat sığorta haqqıtoplanıb, 694 milyon manat isə sığorta ödənişi edilib.

Избранный
21
1
az.trend.az

2Источники