RU

AES-in yaxınlığında güclü partlayış: MAQATE məlumat yaydı

Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının yaxınlığında güclü partlayış səsləri eşidilib.

Publika.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) elektrik stansiyasının ətrafında eşidilən partlayış səslərindən sonra ərazidən sıx tüstünün qalxdığını bildirib.

MAQATE-nin prezidenti Rafael Qrossi belə hadisələrin nüvə təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bəyan edib və tərəfləri maksimum təmkinli olmağa dəvət edib.

Elektrik stansiyası 2022-ci ilin martından Rusiyanın nəzarətindədir və onun ətrafında vaxtaşırı münaqişələr olur.

Избранный
34
publika.az

1Источники